Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

18 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 18 sentyabr 2019-cu il tarixdə RİHB-nın Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat verib. Qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 11 nəfərin 13 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətləri 1 məsələ pay torpağı yaşadığı evdən uzaq olduğuna, ora getmək üçün yolun olmaması səbəbindən bələdiyyə tərəfindən əkin məqsədilə icarəyə torpaq verilməsinə, 1 məsələ İşlə təmin olunmasına, 3 məsələ şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 2 məsələ su arxının qazılaraq lildən təmizlənməsinə, 1 məsələ kənd yolunun kənarında yerləşən qaz trubalarının ətrafının yaşıl kütlələrdən təmizlənməsinə, 1 məsələ Göyçay rayonu Kürşaban kəndi ilə Ucar rayonu Bağırbəyli kəndi arasında sərhədin müəyyənləşdirilməsinə, 1 məsələ yaşadığı evin həyətində yerləşən qəzalı vəziyyətdə olan 1 ədəd elektrik dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 məsələ qonşusu tərəfindən yaşadığı evin həyətinin yaxınlığından keçib 4 ailəyə gələn su arxını qanunsuz olaraq ətrafını hasarlayaraq öz həyətinin ərazisinə salıb, hasarın sökülərək su arxından istifadə edilməsinə və 2 məsələ maddi yardım edilməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər