Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

25 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 25 sentyabr 2019-cu il tarixdə RİHB-nın Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Qalib Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  əhalinin sosial müdafiəsinin və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində, sentyabr ayının 1-dən minimum əmək haqqlarının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasının başlıca səbəbi vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan çox uğurlu islahatlardan danışmışdır.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 6 nəfərin 7 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətləri 1 məsələ Göyçay çayından Xələc kəndində pay torpaq sahələrinin suvarılması üçün əlavə olaraq ikinci su nasosunun qoyulmasına, 1 məsələ pambığı sahədən yığılması üçün pambıqyığan kombayn verilməsinə, 1 məsələ Xələc kəndində əlavə olaraq içməli su bulaqlarının qoyulmasına, 1 məsələ Xələc kəndində internet şəbəkəsinin qurulmasına, 2 məsələ kəndə təbii qazın verilişində təzyiqin aşağı olmaması və fasilələrin yaranmamasına, və 1 məsələ şəhid ailəsinin ev, avtomobil və digər imtiyazlarla təmin olunmasına köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər