Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 02 oktyabr 2019-cu il tarixdə RİHB-nın Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilib: “O cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir”. Sentyabr ayının 1-dən minimum əmək haqqlarının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasının başlıca səbəbi vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan çox uğurlu islahatlardan danışmışdır.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 7 nəfərin 7 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin 1 müraciəti su arxının qazılaraq lildən təmizləməsinə, 1 müraciəti Yuxarı Çiyni kəndinə telefon xəttinin çəkilməsinə, 1 müraciəti kəndin aşağı hissəsinin su ilə təmin olunmasına, 2 müraciəti qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz edilməsinə, 1 müraciəti pay torpaq sahələrinin suvarılması üçün beton su arxının 2,0 km hissəsinin qazılaraq lildən təmizləməsinə, və 1 müraciəti şirə kanalının üzərindən maşın keçmək üçün istifadə olunan körpünün cari təmirinə köməklik olunması ilə bağlı olmuşdurlar.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.