Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

09 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 09 oktyabr 2019-cu il tarixdə RİHB-nın Əlikənd kənd inzibati ərazi dairəsi üzrə (Əlikənd, Ramal və Şahlıq kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilib: “O cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir”. Sentyabr ayının 1-dən minimum əmək haqqlarının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasının başlıca səbəbi vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan çox uğurlu islahatlardan danışmışdır.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 3 nəfərin 4 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti Şahlıq su arxında sukeçirici olan 22 metr uzunluqda olan su borusunu torpağın altından çıxarararaq içərisini lildən təmizləyib, dərinliyə salınaraq basdırılmasına, 1 müraciəti şirə kanalının üzərindən keçən yolun genişləndirilməsinə, 1 müraciəti beton su arxının 100 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə və 1 müraciəti şirə kanalının qazılaraq lildən təmizlənməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər