Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 23 oktyabr 2019-cu il tarixdə RİHB-nın Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Nəsir Muxtarlı, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov əhalinin sosial müdafiəsinin və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində, sentyabr ayının 1-dən minimum əmək haqqlarının 250 manata çatdırılması, bütün mərkəzi və yerli dövlət orqanlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasının başlıca səbəbi vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan çox uğurlu islahatlardan danışmışdır.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 6 nəfərin 7 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin müraciətləri 1 müraciət Bərgüşad kəndinə gələn su arxının yuxarı hissəsi qazılaraq lildən təmizlənməsi işlərinə başlanılmış, əlavə olaraq su arxının mənbə tərəfə doğru bir qədər qazılmasına, 1 müraciət Bərgüşad kəndində elektrik təchizatında gedən yenidənqurma işlərinin sürətləndirilməsinə, 1 müraciət yaşadığı evin yaxınlığında təhlükəli vəziyyətdə olan elektrik dayaqlarının arasında yerləşən boşalmış naqillərin dartılaraq təhlükəzilik vəziyyətinə gətirilməsinə, 2 müraciət növbəlik əsasında suvarma suyu ilə təmin olunmasına və 1 müraciət “Rza” adlandırılan körpünün təmir olunaraq yeni boru salınmasına köməklik olunması ilə bağlı olmuşdurlar.
Son da Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Nəsir Muxtarlı ölkə rəhbərinin tapşırığına uyğun olaraq RİH başçıları tərəfindən mütəmadi olaraq yerlərdə səyyar-qəbulların keçirildiyini vurğulayıb və belə görüşlərin təşkilində əsas məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həll edilməsi olduğunu diqqətə çatdırıb. Həmçinin görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini bildirib.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.