Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

13 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 13 noyabr 2019-cu il tarixdə RİHB-nın Apout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  bildirib ki, zərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və Sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı.Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, həyata keçirilən əsaslı Infrastruktur layihələrdən danışıb.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 4 nəfərin 4 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti Alpout kənd su arxının qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti “Seyidlər” adlanan ərazidə kəndin mal-qarası üçün örüş sahəsinin ayrılmasına, 1 müraciəti Alpout kəndinə təbii qazın verilşində təzyiqin artırılmasına,  və 1 müraciəti “Hikmət” adlanan su arxına su ötürücü borunun qoyulmasına köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər