Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 20 noyabr 2019-cu il tarixdə RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə (Boyat və Bağban kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir. Aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatının əhalinin rifahının yüksəlməsində mühüm rol oynadığını, daha təminatlı etdiyini qeyd edib.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 5 nəfərin 5 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin 1 müraciəti yaşadığı evin yaxınlığında qaz borusunda sızmaların aradan qaldırılmasına, 1 müraciəti kəndin yuxarı hissəsindən keçən su arxının qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti qonşusu tərəfindən həyətyanı torpaq sahəsinə getmək üçün yolu bağlamış, istifadəsi üçün yolun açılmasına, 1 müraciəti həyətyanı sahəsinin suvarılması məqsədilə su ilə təmin olunmasına və 1 müraciəti pay torpaqlarının suvarılması suvarılması məqsədilə su arxının qazılaraq lildən təmizlənməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.