Boru kəmərləri keçən rayonların İcra Hakimiyyətlərində “İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” yaradılmış komissiyanın növbəti yığıncağı keçirildi
20 fevral 2014-cü il tarixində Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ucar regional şöbəsində ixrac boru kəmərləri keçən rayonların İcra Hakimiyyətlərində “İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” yaradılmış komissiyanın növbəti yığıncağı keçirilmişdir.
Yığıncaqda ixrac boru kəmərlərinin keçdiyi rayonlarda yaradılmış komissiyanın sədrləri, MTN, FHN, DİN, MN, DSX, “bp Azərbaycan” əməliyyat şirkətinin, ARDNŞ-nin təhlükəsizlik idarəsinin aidiyyəti əlaqələndirici şəxsləri və Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin regional şöbələrinin rəisləri iştirak etmişlər.
Hesabat yığıncağının açılışında Ucar rayon İcra Hakimiyyətinin Başçsı Yaşar Məmmədov çıxış etmiş, yığıncağa gələn qonaqları salamlamış və onlara işlərində müvəffəqiyyətlər arzu etmişdir.
Yığıncağın günləliyində duran məsələlər barəsində Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin rəisi Bəhlul Əliyev 2013-cü ildə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasını qeyd etmiş və 2014-cü ildə planlaşdırılan ümumi tədbirlər barəsində məlumat vermişdir.
Hesabat yığıncağının gündəliyində əsasən günün 2-ci yarısında dəvət olunan qonaqlar Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft boru kəmərininYevlax nasos stansiyasına tanışlıq səfəri olmuşdur.