Ucar rayonunda “Ağacəkmə” kompaniyası keçirildi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika üzrə 650 min ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə Ucar şəhərin mərkəzi küçələrində, yaşayış binalarının həyətlərində, parklar və xiyabanlarda, RİHB-nın ərazi üzrə nümayəndəliklərinin ərazilərində 40 mindən artıq eldar şamı, tuya, çinar, tut tingləri və müxtəlif meyvə ağacları əkilmişdir.
“Ağacəkmə” kompaniyasında rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrinin rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti yaxından fəal iştirak etmişdilər.