Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 25 dekabr 2019-cu il tarixdə RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə (Qazıqumlaq və Məlikballı kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov açaraq tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş və kənd sakinlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən rəhbər işçilərin əhali ilə keçirdikləri səyyar görüşlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin yerlərdə görülmüş və görüləcək işlərlə daha yaxından tanış olmaq, əhalini narahat edən problemləri daha dərindən öyrənmək üçün yaxşı imkan yaratdığını diqqətə çatdırmışdır. RİH-nin başçısı tədbir iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri, icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 6 nəfərin 6 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin 1 müraciəti su arxı qonşusu tərəfindən torpaqla doldurularaq düzlənmiş, arxın qazılaraq təmizlənməsinə, 1 müraciəti şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti su arxının üzərinə su nizamlayıcı qapının qoyulmasına, 1 müraciəti su arxının ətrafındakı məişət tullantılarının təmizlənməsinə, 1 müraciəti yaşadığı evə gedən yola çınqıl daşı tökülərək hamarlanmasına və 1 müraciəti İşlə təmin olunmasına köməklik olunması ilə bağlı olmuşdurlar.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.