Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Ucar rayonunda yarmarka keçirilir

30 dekabr 2019 | 16:00

Yarmarkaya gələn Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov məhsulların keyfiyyəti və qiyməti ilə tanış olub və məhsullara baxış keçirib.

Ucar rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə yarmarka təşkil edilib. Yarmarkaya 16 icra nümayəndəliyindən 50 tona yaxın ucuz və keyfiyyətli məhsul çıxarılıb.

Yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkaya rayon sakinləri gələrək razılıq edirlər. Burada digər bazarlardan fərqli olaraq məhsulların qiymətində 15-20 faiz ucuzluq var. Alıcıların sözlərinə görə 10 manata aldıqları mal ətini 8-9 manata almaq olar. Bazarda 70-80 qəpiyə satılan almanı yarmarkadan 2-3 kiloqramı 1 manata satılır. Qiymətlərdə yetərincə fərq görmək mümkündür. Yarmarkada satılan süd və tərəvəz məhsullarının qiymətində də xeyli fərq hiss olunub.

Yarmarka Ucar şəhəri, Oğuz küçəsində "Ağ Çiçəyim" şadlıq sarayının qarşısında 28-30 dekabr 2019-cu il tarixlərində keçirilir.

Keçidlər