Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və Ucar rayonunun yaranmasının 80 illiyi münasibətilə tədbir keçirildi

30 dekabr 2019 | 16:00

30 dekabr 2019-cu il tarixdə rayon mərkəzində yerləşən “Aran” Sarayda  31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı və Ucar rayonunun yaranmasının 80 illiyinə həsr edilmiş bayram tədbiri keçirildi.

Əvvəlcə  tədbir iştirakçıları rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular.

Tədbiri Ucar Rayon İcra Hakimiyyətinin Başcısı Mənsur Məmmədov açaraq iştirakçıları təbrik etmiş, rayonun 80 ildə keçdiyi yoldan danışmış, ictimai-siyasi, iqtisadi, mədəni həyatdakı uğurları, son illərdəki əsaslı irəliləyişləri, bu sahədə Ölkə Prezidentinin xüsusi qayğı və diqqətini vurğulamışdır.

Rayon ziyalılarının, fəal gənclərin, rayonun inkişafında xidməti olmuş şəxslərin, əmək qabaqcıllarının iştirak etdiyi bayram tədbirində bir qrup şəxsə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, hədiyyələr təqdim olundu.

Söz alıb çıxış edənlər rayonun ötən illər ərzində qazandığı nailiyyətləri qeyd etmiş, müxtəlif sahələrdəki inkişafı haqqında söz açmış, ağsaqqallar xatirələrini danışmışlar.

Tədbir incəsənət ustalarının çıxışları ilə davam etmişdir.

Keçidlər