Şriftin ölçüsü :

Saytın rəngi :

UCARDA ƏHALİNİN TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ MÜTƏŞƏKKİL DAVAM EDİR

02 mart 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə fevral ayının 10-da geniş müzakirə olunmuş, rayon İcra Hakimiyyəti Başçısının 12 fevral 2014-cü il tarixli, 23 saylı sərəncamı ilə rayon komissiyası yaradılmış, tibbi müayinənin keçirilməsi üçün 4 mərkəz (Ucar rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, Ak. Z.Əliyeva adına Qazıqumlaq kənd xəstəxanası, Bərgüşad kənd xəstəxanası, Qaracallı kənd həkim məntəqəsi) müəyyənləşdirilmiş və qrafik təsdiq edilmişdir.

Ümumilikdə 82862 əhalisi olan rayonumuzda fevral ayında 11 iş günü ərzində, 01 mart 2014-cüü il tarixə komissiya 11685 nəfərin (bunlardan 650 nəfəri ambulator müalicəyə, 47 nəfəri stasionar müalicəyə, 4 nəfəri Bakı şəhərinə müalicəyə göndərilənlər) tibbi müayinədən keçirilməsini təmin etmişdir.

Keçidlər