Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

12 fevral 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 12 fevral 2020-ci il tarixdə RİHB-nın Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışında fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır. Son illər ərzində ölkəmizin iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və maddi rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı çıxış edərək bildirib ki, regionların sosial-iqtisadi cəhətdən inkişafı dövlətimizin iqtisadi prioritetləri arasında mühüm yer tutur.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  5 nəfərin 5 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti Bərgüşad kəndinə verilən təbii qazın təzyiqinin artırılmasına, 1 müraciəti Bərgüşad kənd 2 saylı orta məktəbin yaxınlığında qəzalı vəziyyətdə olan iki elektrik dayağının yenisi ilə əvəz edilməsinə, 1 müraciəti bələdiyyə torpağından əkin məqsədilə icarəyə torpaq sahəsi verilməsinə və 2 müraciəti su arxının qazılaraq lildən təmizlənməsinə barədə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər