Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 19 fevral 2020-ci il tarixdə RİHB-nın Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışında yola saldığımız 2019-cu ildə ölkəmizin uğurları davam edib, iqtisadi inkişafın dayanaqlığı təmin olunub, respublikamız bu dövrdə öz dinamik inkişafını qoruyub, xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templəri yüksəlib, yüzlərlə müasir və yeni sənaye müəssisələri, istehsal sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib və nəticədə ölkəmizin strateji valyuta ehtiyatları artmışdır. Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüş, şəhid ailələri böyük vəsaitlə təmin edilmiş, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 5 nəfərin 6 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin 1 müraciəti kənd qəbiristanlığının ətrafından keçən şirə kanalın suyunun çıxışı üçün təmir olunan Ucar-Zərdab avtomobil yolunun altından su keçirici boru salınaraq digər tərəfdəki kanal vasitəsilə suyun axıdılmasına, 1 müraciəti su arxının qazılaraq lildən təmizlənməsi üçün texnika verilməsinə, 1 müraciəti kəndin mal-qarasına örüş sahəsinin ayrılmasına, 1 müraciəti Qazyan kənd 2 saylı tam orta məktəbin yaxınlığından keçən su qol arxının qazılaraq lildən təmizlənməsinə, 1 müraciəti kəndin mal-qarasının örüş sahələrinə aparıb gətirilməsi üçün yolunun dəyişdirilərək başqa alternativ yoldan istifadə etmələrinə və 1 müraciəti “Qazyan bazarı” adlanan ərazinin yaxınlığında olan su arxının qazılaraq lildən təmizlənməsinə və su arxının üzərinə suyun tənzimlənməsi üçün su qapısının qoyulması barədə köməklik olunması ilə bağlı olmuşdurlar.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.