Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkil etdiyi 8 mart - Qadınlar bayramı

08 mart 2014 | 16:00

07 mart 2014-cü il tarixdə Ucar rayonu İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 mart - Qadınlar bayramı qeyd olunmuşdur.

Rayon Qadınlarının bir qrupu əvvəlcə rayonun Qazıqumlaq kəndində akademik Zərifə xanın Əliyevanın adını daşıyan kənd xəstəxanasının həyətində Zərifə xanım büstü önünə gül dəstələri qoymuş, xatirəsini anmışlar.

Daha sonra rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Tədbir Heydər Əliyev Mərkəzindəki kafedə davam etmişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov rayon qadınlarını təbrik etmiş, hədiyyələr təqdim olunmuşdur.

Keçidlər