Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 2019-cu ildə sosial-iqtisadi sahədə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun hesabat iclası keçirilib

21 fevral 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun məruzəsində 2019-cu ildə görülmüş işlər ətraflı təhlil edilmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə rayon mərkəzində və kənd yaşayış məntəqələrində tikinti, abadlıq-quruculuq işlərinin aparılması daha da genişləndirilmiş, rayon ərazisində layihələr əsasında əvvəlki ildə tikintisinə başlanılmış Ucar Pambıq emalı zavodunun tikintisi başa çatdırılmış, aqroparklarda işlərin genişləndirilməsi davam etdirilmiş və müsbət nəticələr əldə olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə Ucar rayonu üzrə nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmişdir.

Rayonda kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, 2019-cu il   ərzində  baytarlıq tədbirləri planına uyğun olaraq 118000 baş illik plana qarşı 118016  baş iri buynuzlu heyvanlarda, 116000 illik plana qarşı 110932 baş xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri aparılmışdır.

2019-cu ilin məhsulu üçün əkilmiş 15106 hektar taxıl sahəsindən 42450 ton məhsul götürülmüşdür. 800 hektar sahədə çəltik əkilmiş və 2280 ton məhsul istehsal olunmuşdur. 500 hektar sahədə pambıq əkilmiş 962,8 ton pambıq yığılmışdır. 2019-cu il ərzində 1940 hektar əkilmiş   tərəvəz sahəsindən 18375 ton məhsul istehsal edilmişdir.

İl  ərzində rayonda ümumi daxili məhsul istehsalı 10,9 faiz, orta aylıq əmək haqqı 36,7 faiz, əhalinin pul gəlirləri  8,9  faiz, kənd təsərrüfatı məhsullarının həcmi 15,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,6 faiz  artmışdır. Rayon üzrə ümumi məhsul buraxılışında qeyri dövlət sektorunun xüsusi çəkisi 97,9  faiz təşkil etmişdir.

Rayonun yerli gəlir və xərclərinin mədaxili 8812,1 min manat proqnoza faktiki  9189,9  min  manat və  ya  377,8  min  manat  çox  olmaqla 104,3 faiz icra olunmuşdur.

Yerli vergi və vergi olmayan gəlirlər  keçən ilin müvafiq dövrü ilə müqayisədə 449,4 min manat çox olmaqla 4925,8 min  manat icra olunmuşdur.

Hesabat dövründə Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral və yerli əhəmiyyətli avtomobil yollarının  tikintisi və təmiri ilə əlaqədar tədbirlər davam etdirilmiş, otuz altı min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən 31 km-lik Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

Hesabat ilində rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin hesablanması və əhaliyə vaxtında çatdırılmasının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmiş, qaydalar  tamamilə elektronlaşdırılmışdır.

İl ərzində rayon əhalisinə göstərilən poçt və telefon rabitəsi  xidmətinin  daha da yaxşılaşdırılması işləri davam etdirilmiş, ticarət, nəqliyyat və məişət xidmətləri sahəsində məqsədyönlü tədbirlər aparılmışdır.

Keçən dövr ərzində əhalinin enerji daşıyıcıları və içməli su ilə fasiləsiz təminatının  yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş,  rayon üzrə 30 yaşayış məntəqəsindən təbii qazla təmin olunmuş yaşayış məntəqələrinin sayı 29-a və ya 96,7 faizə çatdırılmışdır.

Rayonumuzun pedaqoji kollektivləri respublikamızda təhsilin inkişafı ilə bağlı direktiv orqanların qəbul etdiyi qərar və təlimatları əldə rəhbər tutaraq məktəblilərin müstəqil həyata fiziki cəhətdən sağlam, əqidəcə möhkəm gənclər kimi hazırlanmasına diqqəti artırmış, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür.

Hesabat ilində 189 nəfər ali məktəblərə qəbul olunmuş, onlardan 51 nəfəri 500-dən yuxarı bal toplamışdır ki, bu da əvvəlki ildəkindən çoxdur. İl ərzində Qaradağlı və Küçəkənd kənd ümumi orta məktəbləri üçün modul tipli məktəb binaları istifadəyə verilmiş, Heydər Əliyev fondu tərəfindən Qarabörk kənd tam orta məktəbi üçün 360 şagird yerlik məktəb binasının tikintisinə başlanılmışdır.

Hesabat ilində səhiyyənin maddi-texniki bazası möhkəmləndirilmiş, rayon əhalisinin sağlamlığının qorunmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına lazımi səy  göstərmişdir.

2019-cu ilin dekabr ayının 23-də keçirilmiş bələdiyyə seçkilərində Ucar rayonu üzrə 50 min 93 nəfər seçicidən 16 min 262 nəfəri və ya 32,46 faizi seçkidə iştirak etmişdir. Rayon üzrə 17 bələdiyyəyə 169 nəfər bələdiyyə üzvü seçilmişdir.

İl ərzində hərbi mükəlləfiyyətlilərin  ordu sıralarına çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi əlaqədar sahələrin diqqət mərkəzində saxlanılmış,  ordu sıralarına çağırışa dair verilmiş tapşırıqlar vaxtında yerinə yetirilmişdir.

2019-cu ildə ölkəmizdə sabitlik və təhlükəsizlik şəraitinin mövcud olduğu dövrdə rayonda qanun pozuntularına  qarşı mübarizə, ictimai asayişin və insan hüquqlarının təmin edilməsi sahəsində aparılan  tədbirlər davam etdirilmiş, kriminogen durumun sabit saxlanılmasına səy göstərilmişdir.

Hesabat dövründə əvvəlki illərdə olduğu kimi 1 şəhər, 15 kənd olmaqla Başçının 16 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərmiş və öz işlərini “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun qurmağa səy göstərmişlər.

Rayon üzrə 17 bələdiyyənin fəaliyyəti qüvvədə olan qanunvericiliyə uyğun qurulmuşdur. Qeyd olunan qurumlar rayon mərkəzində, kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində, ərazilərdə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsində fəal iştirak etmişlər.

Rayon Prokuroru Elşən Abdullayev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Əbil Mehtiyev, RİHB-nın Əlikənd kənd inzibati ərazi nümayəndəsi Rahib Şərifov, “Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Zeynal Bayramlı, Ucar Elektrik Şəbəkəsinin rəisi Şahmar İbrahimov qarşıda duran vəzifələr haqqında çıxış etdilər.

Prezident Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı çıxış edərək ölkədə qeyri-neft sektorunun inkişafı, xüsusilə kənd təsərrüfatında aparılan islahatlar, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışmışdır.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər