Ucar rayonunda Xocalı Soyqırımının iyirmi səkkizinci ildönümü qeyd olunmuşdur
Ucar rayonunda Xocalı Soyqırımının iyirmi səkkizinci ildönümü qeyd olunmuşdur.
“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 5 fevral 2020-ci il tarixli, 34 nömrəli Sərəncamına uyğun olaraq 26 fevral 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin akt zalında Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Rayon icra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, bir-sıra idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri, ziyalılar, rayonda məskunlaşmış 17 Xocalı ailəsinin üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları Xocalı faciəsi zamanı, ümumilikdə müstəqilliyimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımı törətmişlər. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün hədəfi almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır.
Qeyd olunanlar çıxış edənlərin fikirlərində əksini tapmış, Xocalı soyqırımının yaddaşlardan silinməyəcəyi vurğulanmış, xalqımızın haqq işinin qalib gələcəyi bir daha təkrarlanmışdır.