Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı Ucarda təntənəli qeyd edildi

18 mart 2014 | 16:00

17 mart 2014-cü il tarixdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın milli bayramı olan Novruz bayramı rayonda böyük təntənə ilə qeyd olunmuşdur. Tədbirdə rayonun ayrı-ayrı kəndlərinin təşkil etdikləri bayram süfrələri qədim adət-ənənələrə uyğun təşkil olunmuş, məişət səhnələri hamının marağına səbəb olmuşdur.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov rayon ictimaiyyətini təbrik etmiş və qeyd etmişdir ki, xalqımızın milli bayramı olan Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək açıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Novruz bayramı rayonda hər il böyük təntənə ilə qeyd olunur. Bayram ərəfəsində, o cümlədən çərşənbələrdə rayonun müxtəlif yerlərində şənliklər keçirilmiş, tonqallar yandırılmış, milli adət-ənənələrə uyğun tədbirlər təşkil olunmuşdur.

Tədbir Bakıdan gəlmiş incəsənət ustalarının və rayon mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər