Ucar rayonunda vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron müracət və telefon vasitəsi ilə həyata keçiriləcək
Nazirlər Kabinetinin tövsiyə və tapşırıqlarına əsasən, koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Ucar rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə əlaqədar yeni qaydalar müəyyən edilib.
İcra Hakimiyyətinin qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, həmçinin səyyar qəbulların keçirilməsi təxirə salınıb.
Buna görə də vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron müracət və telefon vasitəsi ilə həyata keçiriləcək.
Bu məqsədlə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması üçün fasiləsiz fəaliyyət göstərən qaynar xətt yaradılıb. Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində davranmaları xahiş olunur.
Ucar rayon İcra Hakimiyyətinə fasiləsiz müraciətlər üçün:
Qaynar xətt: 213-29-45
e-mail: mail@ucar-ih.gov.az
Ucar rayon İcra Hakimiyyəti Aparatı
Ucar RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
Ucar rayonunun şəhər və kənd bələdiyyələri