Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı ahıl, tənha və kimsəsiz insanlar ziyarət edilir

25 mart 2020 | 16:00

25 mart 2020-ci il tarixində Ucar rayon İcra Hakimiyyətinin, RİHB-nın Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları və Ramal bələdiyyəsi tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid-Etimad Məmmədovun yaşlı atası Fikrət Məmmədov və anası Limon Məmmədova Ramal kəndində yaşadıqları evdə ziyarət edilmiş, onların ailə-məişət qayğıları ilə maraqlanmışdılar.

Onlara koronavirusdan qorunmaq üçün sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr, zəruri olan ərzaqlar çatdırılmış və xəstəlikdən qorunma üsulları izah edilmişdir.

Ucar rayonu ərazisində ahıl, tənha və kimsəsiz insanların qayğıları ilə mütəmadi olaraq gündəlik maraqlanılır.

Keçidlər