Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Ənvər Məmmədxanlı, Müsüslü və Təzə Şilyan kəndlərində 65 yaşından yuxarı insanlar ziyarət edildi

26 mart 2020 | 16:00

26 mart 2020-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və RİHB-nın Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Yuxarı Çiyni kənd sakinləri 1954-cü ildə anadan olmuş Abdullayev Eyvaz Abbasqulu oğlunu və 1954-cü ildə anadan olmuş Əliyeva Firəngiz Nadir qızını yaşadıqları evdə ziyarət edərək problemləri ilə maraqlanmış, onlar pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

26 mart 2020-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və RİHB-nın Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  əməkdaşları tərəfindən Müsüslü  kənd sakini 1952-ci ildə anadan olmuş Məmmədova Simuzər Ağəsəf qızını və Təzə Şilyan kənd sakini 1955-ci ildə anadan olmuş İsrayılova Ləzifə Əmir qızını yaşadıqları evdə ziyarət edərək problemləri ilə maraqlanmış, onlar pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110  nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

Keçidlər