Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir

27 mart 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ucar rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Ucar rayon İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

27 mart 2020-ci il tarixdə Heydər Əliyev prospektində 1, Oğuz küçəsində 4 yaşayış binasında, həmçinin rayon Təhsil şöbəsinin inzibati binasında və 8 içtimai iaşə obyektində dezinfeksiya işləri aparılmışdır.

65 yaşından yuxarı rayon əhalisi arasında maarifləndirmə işləri də aparılır.

Rayon ərazisində dezinfeksiyaedici tədbirlər müntəzəm olaraq davam etdirilir.

Keçidlər