Ucar rayonunun Quləbənd kəndində 65 yaşından yuxarı insanlar ziyarət edilir
29 mart 2020-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və RİHB-nın Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Quləbənd kənd sakini 1956-cı ildə anadan olmuş Məmmədova Nüşabə Məhərrəm qızı yaşadıqları evdə ziyarət edərək problemləri ilə maraqlanmış, onlar pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.