31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə rayon Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilmişdir.
31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə rayon Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov 31 mart soyqırımı haqqında ətraflı məlumat verib.
Rayon rəhbəri mart soyqırımı və ya mart hadisələri -1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın olduğunu qeyd etmiş, soyqırım zamanı 7 min dinc sakin öldürülmüş, 72 kənd dağıdılmış, Quba qəzasının isə 122 kəndinin yandırıldığı vurğulanmışdır.
Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmandan sonra 31 mart – Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilmişdir.
Sonra zaman-zaman soyqırımına məruz qalmış bütün soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Elmi-praktik konfransda şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Mübariz Qasımovun “1918-ci ilin mart soyqrımı və onun mərhələli davamı”, şəhər 1 nömrəli məktəb-liseyin tarix müəllimi Radə Şamilovanın, “Qanlı illər: 1905-1906-cı illər”, Qarabörk kənd tam orta məktəbin tarix müəllimi Rauf Məmmədovun “1948-ci ildə azərbaycanlıların Ermənistandan departasiyası xalqımızın növbəli faciəsidir”, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfovun “Ermənilərin azərbaycan xalqına qarşı yeni torpaq iddiaları və növbəti soyqırım siyasəti (1970-ci ildən sonra)” barədə geniş çıxışları dinlənilmişdir.