Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dezinfeksiyaedici tədbirlər və insanlar arasında maarifləndirmə işləridə gündəlik olaraq davam etdirilir

29 mart 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ucar rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Ucar rayon İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Polis gücləndirilmiş iş rejimində səs güclədiricilər vasitəsilə əhalinin evdən çıxmaması üçün mütəmadi şəkildə tədbir görür.

29 mart 2020-ci il tarixdə Heydər Əliyev prospektində 1, Oğuz küçəsində 4 yaşayış binasında, həmçinin rayon Kommunal müəsissələri  kombinatının inzibati binasında, Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Borudezinfeksiya işləri aparılmışdır.

65 yaşından yuxarı rayon əhalisi arasında maarifləndirmə işləri də aparılır.
Rayon ərazisində dezinfeksiyaedici tədbirlər müntəzəm olaraq davam etdirilir.

#EvdəQal

Keçidlər