Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dezinfeksiyaedici tədbirlər, insanlar arasında maarifləndirmə işləri aparılır və 65 yaşından yuxarı insanlara köməkliklər gündəlik olaraq davam etdirilir

30 mart 2020 | 16:00

30 mart 2020-ci il tarixdə Ucar rayonunun Oğuz küçəsində yerləşən bütün mağaza və marketlər, xidmət obyektləri, Dədə Qorqud küçəsi 13-də yerləşən yataqxana binası, Lək kəndində 2 fərdi yaşayış evində, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin avtomaşınları və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində dezinfeksiya işləri aparılmışdır.

30 mart 2020-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və RİHB-nın Alpout  və Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları tərəfindən Alpout  kənd sakinləri 1940-cı ildə anadan olmuş Ağayeva Minayə Məsim qızı və 1934-cü ildə anadan olmuş Rzayeva Xanım Qulu qızı, Quləbənd kənd sakini 1955-ci ildə anadan olmuş Muradova Xatın Məmmədhüseyn qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, onlar pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində  tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110  nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

#EvdəQal

Keçidlər