Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı insanlara köməkliklər, dezinfeksiyaedici tədbirlər və insanlar arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir

02 aprel 2020 | 16:00

02 aprel 2020-ci il tarixdə Ucar şəhəri, Heydər Əliyev prospekti, V.Zahidova, M.Ə.Rəsulzadə, 20 Yanvar və N.Nərimanov küçələri dezinfeksiya məhlulu ilə yuyulub, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin poliklinika şöbəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi və maşınları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin, Sərgi Satış Yarmarkalar Bazasının, Rayon Poçtamtının, Rayon Telekommunikasiya Qovşağının, Başçının Qarabörk və Quləbənd kənd inzibatii ərazi dairələri üzrə nümayəndəliklərinin inzibati binası və ərazisi dezinfeksiya edilmişdir.

02 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Qarabörk kənd sakini 1947-cu ildə anadan olmuş Rəhimova Minə Əli qızı yaşadığı evdə ziyarət edilərək problemi ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrəsi götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində  tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 34 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 18 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Rayon ərazisində bəzi yerlərdə karantin qaydalarını pozan 6 nəfər şəxsi nəqliyyat vasitələrinin sürücüləri və 9 nəfər vətəndaş intizama dəvət olunmuş, onlar evlərinə yola salınmışlar.

“Kapital Bank”ın rayon filialının qarşısında müxtəlif bank xidməti ilə bağlı yığılmış bir qrup vətəndaş arasında mobil qrupun üzvləri tərəfindən izahedici söhbət aparılmış, xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətləri təmin edilmişdir.

Mobil qruplar mütəmadi şəkildə vətəndaşların evdə qalmaları üçün küçələri gəzərək təbliğat aparırlar. Rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul işçilər də müntəzəm şəkildə mobil qruplarla birlikdə əhali arasında maarifləndici iş aparırlar.

Polis əməkdaşları mütəmadi qaydada küçələri gəzərək səsgücləndiricilər vasitəsilə əhalini qorunmaq üçün evdən çıxmamağa cağırır.

Rayonun giriş-çıxışlarına postlar qurularaq giriş-çıxışlar məhdudlaşdırılmışdır.

Hazırda dövlət orqanları, mobil qruplar əlaqəli iş quraraq xüsusi karantin rejimini təmin edirlər.

#EvdəQal

Keçidlər