Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı insanlara köməkliklər, dezinfeksiyaedici tədbirlər və insanlar arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir

03 aprel 2020 | 16:00

03 aprel 2020-ci il tarixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi və 6 təcili yardım maşını, Ucar şəhəri, Heydər Əliyev prospekti və Oğuz küçəsindəki çörək sexi, “Kapital Bank”ın və “Beynəlxalq Bank”ın rayon filialları, ticarət obyektləri, səkilər, dördyol adlanan ərazidə yerləşən yerüstü keçid dezinfeksiya edilmişdir. 28 May, Şəhriyar küçələri dezinfeksiya məhlulu ilə yuyulub, həmin ərazilərdə “Fin evləri” adlanan qəsəbə dezinfeksiya edilmişdir. Ucar şəhəri, Heydər Əliyev prospektində 3, Oğuz küçəsində 2, Dədə Qorqud küçəsində 2 yaşayış binası dezinfeksiya edilmişdir.

03 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Qazıqumlaq kənd sakini 1934-cü ildə anadan olmuş Zakirova Minə Abduləziz qızı yaşadığı evdə ziyarət edilərək problemi ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrəsi götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 34 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 20 nəfərinə xidmət göstərilib.

Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Azərbaycan Respublikasında koronovirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə, sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Ucar rayonu ərazisində zəruri tədbirlər görülməkdədir.

Rayon ərazisində bəzi yerlərdə karantin qaydalarını pozan 5 nəfər şəxsi nəqliyyat vasitələrinin sürücüləri və 8 nəfər vətəndaş intizama dəvət olunmuş, onlar evlərinə yola salınmışlar. Xüsusi karantin rejiminin tələblərini pozan 5 nəfər inzibati qaydada cərimələnmişlər.

“SƏC” ticarət mərkəzində bir qrup vətəndaş arasında mobil qrupun üzvləri tərəfindən izahedici söhbət aparılmış, xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətləri təmin edilmişdir.
Mobil qruplar mütəmadi şəkildə vətəndaşların evdə qalmaları üçün küçələri gəzərək təbliğat aparırlar. Rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul işçilər də müntəzəm şəkildə mobil qruplarla birlikdə əhali arasında maarifləndici iş aparırlar.

Polis əməkdaşları mütəmadi qaydada küçələri gəzərək səsgücləndiricilər vasitəsilə əhalini qorunmaq üçün evdən çıxmamağa cağırır.

Rayonun giriş-çıxışlarına postlar qurularaq giriş-çıxışlar məhdudlaşdırılmışdır.

Hazırda dövlət orqanları, mobil qruplar əlaqəli iş quraraq xüsusi karantin rejimini təmin edirlər.

#EvdəQal

Keçidlər