Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı insanlara köməkliklər və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir

10 aprel 2020 | 16:00

09-10 aprel 2020-ci il tarixdə  Ucar şəhəri, Heydər Əliyev prospektində 1, Beton zavod yaşayış qəsəbəsində 5 ictimai yaşayış binası, 20 Yanvar küçəsi döngə 2-də fərdi yaşayış evləri, Qida Təhlükəsizliyi Agentliyinin inzibati binası və həyəti, Məşğulluq Mərkəzinin inzibati binası, Azərbaycan küçəsində fərdi yaşayış evləri, tullantıların atılması üçün ayrılmış ərazi, həmin küçədə 3 ədəd ət satış mağazası və xidmət obyektləri, rayon Mədəniyyət Mərkəzi və ərazisi, Heydər Əliyev Mərkəzi və ərazisi, Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Heydər Əliyev prospektində 2 yaşayış binasının girişləri və pilləkənləri, Qaracallı kəndi ərazisindəki marketlər və xidmət obyektləri Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmiş, Oğuz, N.Nərimanov küçələri və Heydər Əliyev prospekti dezinfeksiya məhlulu ilə yuyulmuşdur.

09-10 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Ucar şəhər sakinləri, tənha, 1952-ci ildə anadan olmuş, imkansız Axundova Maral Mirzə qızı və 1954-cü ildə anadan olmuş, tənha Əliyeva Əminə Feyruz qızı və RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Lək kənd sakinləri, 1938-ci ildə anadan olmuş, aztəminatlı Məmmədova Məsimə Tərzibəy qızı və 1951-ci ildə anadan olmuş, aztəminatlı Zülfüqarov Tağı Əlibala oğlu yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Ucar şəhər sakini, cücə istehsalı müəssisəsinin sahibi Nuriyev Asif Əvəz oğlu tərəfindən rayon ərazisində imkansız ailələrə fərdi təsərrüfatlarında bəsləmək üçün gün ərzində pulsuz olaraq cücə paylanışı davam etdirilmiş və onlara 12700 ədəd (cəmi 25700 ədəd) cücə verilmişdir.

Ucar şəhər sakini, sahibkar Muxtarov Müşviq Rəhman oğlu tərəfindən 140 imkansız ailəyə ərzaq yardımı verilmişdir.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan    110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 35 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 22 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.

Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.

Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməklə 5 nəfər inzibati qaydada cərimə olunmuşdur.

Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.

#EvdəQal

Keçidlər