Şriftin ölçüsü :

Saytın rəngi :

Pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanların nəzərinə!

10 aprel 2020 | 16:00

8 aprel 2020-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankının müştəriləri iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və "Azərpoçt"un bankomatlarından çıxartdıqları nəğd puldan əlavə (faiz) xərc tutulmadan nağdlaşdıra bilərlər. Həmçinin "Kapital Bank"ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya "Azərpoçt"un bankomatlarından 2 ay ərzində çıxartdıqları nəğd puldan əlavə (faiz) xərc tutulmadan nağdlaşdıra biləcəklər.

Keçidlər