Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı ahıl, tənha, aztəminatlı ailələrə yardımlar və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir

15 aprel 2020 | 16:00

15 aprel 2020-ci il tarixdə N.Nərimanov küçəsində 2 ictimai yaşayış binası, 5 fərdi yaşayış evi, Dəmir yol vağzalının binası, ərazisi və 2 mərtəbəli yataqxana binası, Xətai küçəsində və 3 döngəsindəki evlər, Koroğlu küçəsində 3 döngədəki evlər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmiş,  Koroğlu, M.Ə.Rəsulzadə, Oğuz və 20 Yanvar küçələri dezinfeksiya məhlulu ilə yuyulmuşdur.

Rayonun kəndlərində 38 qeyri yaşayış binasında, 70 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.

15 aprel 2020-ci il tarixdə rayonda fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən aztəminatlı 15 ailəyə ərzaq yardımı göstərilmişdir.

15 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Pirkənd kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Pirkənd kənd sakinləri, 1957-ci ildə anadan olmuş, tənha Davudova Validə Abdurahman qızı və 1950-ci ildə anadan olmuş, tənha Rəhimova Zafta Mikayıl qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 118 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 35 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 25 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.

Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.

Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməklə 3 nəfər inzibati qaydada cərimə olunmuşdur.

Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.

Keçidlər