Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 65 yaşından yuxarı ahıl, tənha, aztəminatlı ailələrə yardımlar və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir

16 aprel 2020 | 16:00

16 aprel 2020-ci il tarixdə Oğuz küçəsində 3, 29-cu məhəllədə 1 ictimai yaşayış binası, Azərbaycan küçəsindəki 3 döngədə evlərin ön giriş hissələri və həyətləri, M.Ə.Rəsulzadə küçəsində 3 döngədə evlərin ön giriş hissələri və həyətləri, rayondakı 8 ədəd bankomat Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmiş, Heydər Əliyev prospekti və Həzi Aslanov küçəsi dezinfeksiya məhlulu ilə yuyulmuşdur.

Rayonun kəndlərində 39 qeyri yaşayış binasında, 69 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.

16 aprel 2020-ci il tarixdə rayonda fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən aztəminatlı 10 ailəyə ərzaq yardımı göstərilmişdir.

16 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Ə.Məmmədxanlı kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Ə.Məmmədxanlı kənd sakinləri, 1933-cü ildə anadan olmuş, aztəminatlı Teymurova Fatma Əliheydar qızı və 1924-cü ildə anadan olmuş, aztəminatlı Nağıyeva Şahnaz Hidayət qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Aprel ayı üçün pensiyaların verilməsi ilə əlaqədar rayondakı bankomatların önündə sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə yaradılmış mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 118 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 35 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 23 nəfərinə xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən hazırda sosial xidmət göstərilən 153 nəfərə (118 nəfər tək-kimsəsiz və 35 nəfər 65 yaşdan yuxarı şəxslər) qeyd olunan Nazirlikdən göndərilən ərzaq yardımı paylanılmışdır.

Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.

Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.

Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməklə 8 nəfər inzibati qaydada cərimə olunmuşdur.

Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.

Keçidlər