Ucar rayonunda 65 yaşından yuxarı ahıl, tənha, aztəminatlı ailələrə yardımlar və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir
17 aprel 2020-ci il tarixdə Şahmat məktəbinin inzibati binası və həyəti, “Aqrarkreditbank”ın inzibati binası, Vəsilə Zahidova küçəsindəki fərdi evlərin ön giriş hissələri və 5 fərdi yaşayış evinin həyəti, Həzi Aslanov küçəsindəki fərdi evlərin ön giriş hissələri və 6 fərdi yaşayış evinin həyəti, Füzuli küçəsindəki evlərin ön giriş hissələri və 5 fərdi evin həyəti, Oğuz küçəsində fəaliyyət göstərən marketlər, xidmət obyektləri, 1 ət mağazası Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmiş, N.Nərimanov, 20 Yanvar küçələri, Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının həyətləri, Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan dezinfeksiya məhlulu ilə yuyulmuşdur.
Rayonun kəndlərində 41 qeyri yaşayış binasında, 68 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.
17 aprel 2020-ci il tarixdə rayonda fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən aztəminatlı 20 ailəyə ərzaq yardımı göstərilmişdir.
17 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Quləbənd kənd sakinləri, 1960-cı ildə anadan olmuş, aztəminatlı Abbasova Cəvahir Məqalif qızı və 1966-cı ildə anadan olmuş, aztəminatlı Mahmudova Məryam Məmmədalı qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.
Aprel ayı üçün pensiyaların verilməsi ilə əlaqədar rayondakı bankomatların önündə sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə yaradılmış mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 118 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 35 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 24 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.
Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.
Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməklə 9 nəfər inzibati qaydada cərimə olunmuşdur.
Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.