Ucar rayonunda 65 yaşından yuxarı ahıl, tənha, aztəminatlı ailələrə yardımlar və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir
25 aprel 2020-ci il tarixdə rayon Təhsil şöbəsinin, Mədəniyyət Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Qida Təhlükəsizliyi Agentliyinin rayon şöbəsinin, “Aqrokredit Bank”ın rayon şöbəsinin inzibati binaları, rayondakı bankomatlar, avtomobil dayanacaqları Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.
Rayonun kəndlərində 39 qeyri yaşayış binasında, 70 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.
25 aprel 2020-ci il tarixdə rayonda fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən aztəminatlı 40 ailəyə ərzaq yardımı göstərilmişdir.
25 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən nümayəndəliyin əhatə etdiyi Əlikənd, Ramal, və Şahlıq kəndlərinin 10 aztəminatlı ailəsi yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.
Aztəminatlı ailələrə və işsiz şəxslərə dövlərt tərəfindən verilən vəsaitlərin “Kapital-Bank”ın rayon şöbəsi və rayon Poçtamtı vasitəsilə verilməsi ilə əlaqədar olaraq həmin təşkilatlarda vətəndaşlar arasında sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir. Həmçinin həmin vəsaitin bir hissəsinin yerlərdə vətəndaşlara çatdırılması da gündəlik təmin olunur.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 117 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 39 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 30 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.
Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.
Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməklə 1 nəfər inzibati qaydada cərimə olunmuşdur.
Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.
#EvdəQal