Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov video-konfrans keçirib

27 aprel 2020 | 16:00

Aprelin 27-də Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı video-konfrans keçirib.

Konfransda çıxış edən icra hakimiyyətinin başçısı Mənsur Məmmədov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Həmçinin tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Ucar rayonunda da aparılan tibbi-profilaktik, dezinfeksiya tədbirlərindən, tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs edib.

Videokonfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirib ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr Ucar rayonunda da uğurla icra olunur.

Dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin də Ucar rayonunda uğurla icra olunduğunu bildirən icra başçısı vurğulayıb ki, bu sahədə görülən məqsədyönlü işlərin nəticəsində rayonda barama istehsalı ildən-ilə artır. Bu il də yüksək məhsul əldə etmək üçün kümxanaların əvvəlcədən hazırlanması, kümçülərə lazımi köməkliyin göstərilməsi və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Cari ildə Ucar rayonunda pambıqçılıq sahəsində uğurlu nəticə əldə etmək üçün görülən işlər barədə danışan Mənsur Məmmədov əkin sahələrinin vaxtında suvarılması, mineral gübrələr, dərmanlar, herbisid və pestisidlərlə təmin edilməsi, texnika ilə təminat kimi məsələlərdən bəhs edib, bu sahədə mövcud vəziyyət geniş təhlil olunub.

Ölkə Prezidentinin tapşırığına əsasən ötən il Ucar rayonunda pambıq bitkisinin pilot layihə çərçivəsində, Çin texnologiyası əsasında becərilməsi ilə bağlı 10,0 hektardan bu il 25,0 hektar sahəyə çatdırılmışdır.

Video konfransda çıxış edən icra nümayəndələri təsərrüfat işlərinin gedişi barədə məlumat verib, təkliflərini bildiriblər.

Yekunda M.Məmmədov inzibati ərazi dairə nümayəndələrinə tövsiyyə və tapşırıqlarını vermiş, karantin müddətində əhalinin problemləri ilə maraqlanaraq keçirilən video-konfranslarda məlumat verilməsi tapşırılmışdır.

Keçidlər