Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov növbəti videokonfrans keçirib

02 may 2020 | 16:00

Mayın 2-də Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov inzibati ərazi dairəsi üzrə nümayəndələr ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı növbəti videokonfrans keçirib.

Videokonfransda çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Həmçinin tətbiq olunan gücləndirilmiş  karantin rejimi şəraitində Ucar rayonunda da aparılan tibbi-profilaktik, dezinfeksiya tədbirlərindən, tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs edib.

Vurğulayıb ki,  Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Biz birlikdə güclüyük”  layihəsi  çərçivəsində Ucar  rayonunda  1500-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılıb.  Bundan əlavə Ucar Rayon İcra Hakimiyyətinin, ayrı-ayrı sahibkarların, o cümlədən rayonun hüquq mühafizə orqanlarının, digər vəzifəli şəxslərin və xeyirxah vətəndaşlar tərəfindən ehtiyacı olan ailərin evlərinə yardım payları çatdırılıb.

Videokonfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Mənsur Məmmədov vurğulayıb ki, bir neçə ildir Ucar rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. İpəkqurdunun yem bazasının  bərpası məqsədilə bir neçə il ərzində rayon ərazisində çoxlu tut tingləri əkilib. Cari mövsümdə rayonumuza ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Bu il yüksək məhsul əldə etmək üçün kümçülərə lazımi köməkliklər göstərilməli və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov bundan sonrakı dövrlərdə də əhalinin aztəminatlı təbəqəsinin diqqət mərkəzində saxlanılmasını və Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qaydalarını da izah edərək bildirdi ki, pandemiya dövründə rayon ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti, zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməli, ictimai yerlərdə, parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməməli, hamının şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməklə bağlı təbliğat işlərinin mütəmadi olaraq aparılmasını tapşırdı.

Keçidlər