Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat tərzi” layihəsi çərçivəsində, Ucar rayonunda “Həyatla oyun” tamaşası

25 aprel 2014 | 15:00

Gənclər və İdman Nazirliyinin “Sağlam həyat tərzi” layihəsi çərçivəsində Bakı Uşaq Teatrı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası ilə qastrol səfərindədir. Teatr 21-24 aprel tarixlərində Bərdə, Mingəçevir, Ağcabədi, Tərtər və Ucar rayonlarında çıxış etmişlər.

Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur.

Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir.

Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir.

Rollarda İlhamə Əhmədova, Rauf Şahsuvarov, Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov, Xəyalə Meydanova, Könül Şahbazova, Şəbnəm Nəsirova, Türkan Şahmarlı, Şahin Kazımov.

Teatr tamaşası 24 aprel 2014-cü il tarixdə Ucar rayonu Mədəniyyət evində göstərilmişdir.

Keçidlər