Ucar rayonunda yaşayan 59 şəhid ailəsinə ərzaq yardımı edilmiş və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir
10 may 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binası və həyəti, 29-cu məhəllədəki 16 mənzilli ictimai yaşayış binasının girişləri, pilləkənləri və həyəti, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin təcili və təxirəsalınmaz stansiyasının binası və 2 ədəd avtomaşını Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.
Rayonun kəndlərində 34 qeyri-yaşayış binasında, 66 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.
10 may 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan 59 şəhid ailəsinə ərzaq yardımı edilmişdir.
Aztəminatlı ailələrə və işsiz şəxslərə dövlət tərəfindən verilən vəsaitlərin “Kapital Bank”ın rayon şöbəsi və rayon Poçtamtı vasitəsilə verilməsi ilə əlaqədar olaraq həmin təşkilatlarda vətəndaşlar arasında sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir. Həmçinin həmin vəsaitin bir hissəsinin yerlərdə vətəndaşlara çatdırılması da gündəlik təmin olunur.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 117 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 41 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 25 nəfərinə xidmət göstərilmişdir.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.