Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Rahib Rəsulov yüksək vəzifəli şəxslərin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbsinə münasibət bildirib

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama səbəblərindən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli  Rayon İcra Hakimiyyətlərinin Başçıları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin hərəkətləri Ucar rayon əhalisi tərəfindən qətiyyətlə pislənilir.

Azərbaycan bütün azadlıqların, insan  və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu, demokratik inkişaf yolunda  əmin addımlarla  irəliləyən ölkədir. Ölkəmizdə Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən  hər bir layihə firavanlığımıza doğru  atılan daha  qətiyyətli bir addımdır.

Dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin  qətiyyətli  siyasət apardığı  bir  zamanda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəbindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli  Rayon İcra Hakimiyyətləri Başçılarının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin  hərəkətləri biz sakinlərdə  ikrah hissləri doğurmaya bilmir.

İcra başçılarının, vəzifəli şəxslərin törətdiyi əməllər dövlətimizin mənafeyinə  ciddi  zərbə vurur. Müharibənin od-alovunun iştirakçıları olan biz Qarabağ  müharibəsi əlilləri Ölkə Prezidenti, Ali Baş Komandanın apardığı ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının ölkəmizin yeni inkişaf  mərhələsinə  keçidi kimi şərtləndiririk.

Biz Qarabağ müharibəsi əlilləri və veteranları  Sizinləyik, Sizi dəstəkləyirik, Sizinlə fəxr edirik.

Keçidlər