Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər sakini, Niyaz Xəlilov yüksək vəzifəli şəxslərin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbsinə münasibət bildirib

12 may 2020 | 16:00

Dünyanı bürüyən koronavirusu ilə mübarizə aparıldığı bir dönəmdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, Neftçala və İmişli  Rayon İcra Hakimiyyətləri Başçıları, habelə bir sıra şəhər, qəsəbə icra nümayəndələrinin, Azərbaycan Resspublikası Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin törətdiyi əməllərə görə həbs edilmiş, bağışlanmaz hərəkətdir. Müstəqil dövlətimizin möhkəmlənməsi istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən cahanşumul işlər görüldüyü zamanında dövlət məmurlarının fəaliyyəti sadə insanları hiddətləndirir.

Aparılan islahatların əsas xətlərindən birinin korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir.

Həmişə olduğu kimi bu gün də Ucarlılar Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, ətrafınızda sıx sıralarla birləşərək Azərbaycanımıza sədaqətlə xidmət göstərəcəklər.

Keçidlər