Voleybol üzrə məktəblər arası Ucar rayon birinciliyi
22-28 aprel 2014-cü il tarixlərdə rayonun ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirildi. İlk öncə dörd zona üzrə qrup oyunları keçirildi və qrup oyunlarında I və II yerləri tutmuş komandalar 4/1 mərhələsində qarşılaşdılar.
4/1, yarımfinal və final oyunları şəhər 3 saylı tam orta məktəbin idman zalında keçirildi. Oyunların baş hakimi isə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev idi.
Yarımfinal görüşlərində Alpout kənd 1 saylı tam orta məktəbin komandası və Qaradağlı kənd tam orta məktəbin komandası, şəhər 2 saylı tam orta məktəbin komandası və şəhər 4 saylı tam orta məktəbin komandası qarşılaşdılar. Gərgin oyunlardan sonra finala Alpout kənd 1 saylı tam orta məktəbin komandası və şəhər 4 saylı tam orta məktəbin komandası vəsiqə qazandılar.
III yer uğrunda keçirilən qarşılaşmada Qaradağlı kənd tam orta məktəbin komandası şəhər 4 saylı tam orta məktəbin komandasına 2:0 hesabı ilə qalib gəldi.
Final oyununda isə Şəhər 2 saylı tam orta məktəbin komandasının əzmkar mübarizəsinə baxmayaraq Alpout kənd 1 saylı tam orta məktəbin komandası qələbə qazanaraq, turnirin çempionu oldu.
Beləliklə 28 komandanın qatıldığı çempionatda ilk dördlük aşağıdakı qaydada oldu:
I yer: Alpout kənd 1 saylı tam orta məktəbin komandası
II yer: Şəhər 2 saylı tam orta məktəbin komandası
III yer: Qaradağlı kənd tam orta məktəbin komandası
IV yer: Şəhər 4 saylı tam orta məktəbin komandası
Sonda qaliblər Ucar rayonu Gənclər və İdman idarəsinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar.