Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

29 aprel 2014 | 15:00

28 aprel 2014-cü il tarixdə Ucar rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbiri akademikin adını daşıyan Qazıqumlaq kənd xəstəxanasının həyətindəki büstün önündə keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları büst önünə tər çıçəklər qoydular.

Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini - ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açmış və qeyd etmişdir ki, bu gün ziyarət etdiyiniz büst, onun adını daşıyan bu gözəl xəstəxana Zərifə xanımın xatirəsinə ithaf olunan hədiyyə kimi hər birimiz üçün əzizdir.

YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Səidə Ələkbərova Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verərək qeyd etdi ki, nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə onun da adı tariximizə yoldaşlıq edəcək, onunla bir addımlayacaqdır.

Keçidlər