Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda aztəminatlı ailələrə ərzaq yardımların verilməsi və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir

22 may 2020 | 16:00

22 may 2020-ci il tarixdə Heydər Əliyev prospektindəki 32 mənzilli yaşayış binasının giriş blokları, pilləkənləri və həyəti, prospektdəki marketlər və xidmət obyektləri, rayon Polis şöbəsinin inzibati binası və həyəti, N.Nərimanov küçəsində 1 ictimai yaşayış binasının giriş pilləkənləri və həyəti, Füzuli küçəsindəki fərdi evlərin giriş hissələri və açıq kanalizasiya xətləri, rayon ərazisindəki bankomatlar Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.

Rayonun kəndlərində 39 qeyri-yaşayış binasında, 72 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.

Aztəminatlı ailələrə və işsiz şəxslərə dövlət tərəfindən verilən vəsaitlərin “Kapital Bank”ın rayon şöbəsi və rayon Poçtamtı vasitəsilə verilməsi ilə əlaqədar olaraq həmin təşkilatlarda vətəndaşlar arasında sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir. Həmçinin həmin vəsaitin bir hissəsinin yerlərdə vətəndaşlara çatdırılması da gündəlik təmin olunur.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 117 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 41 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 26 nəfərinə xidmət göstərilmişdir.

Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

Keçidlər