Ucar rayonunda dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir
02 iyun 2020-ci il tarixdə Xətai küçəsindəki fərdi evlərin ön giriş hissələri, həyətləri, açıq kanalizasiya xətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar rayon şöbəsinin inzibati binası, Ucar bələdiyyəsinin inzibati binası və həyəti, Oğuz küçəsində 2 ictimai yaşayış binasının girişləri, pilləkənləri və həyətləri, rayon ərazisindəki bankomatlar Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.
Rayonun kəndlərində 37 qeyri-yaşayış binasında, 64 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.
Aztəminatlı ailələrə və işsiz şəxslərə dövlət tərəfindən verilən vəsaitlərin “Kapital Bank”ın rayon şöbəsi və rayon Poçtamtı vasitəsilə verilməsi ilə əlaqədar olaraq həmin təşkilatlarda vətəndaşlar arasında sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır, o cümlədən ərazi qırmızı lentlə əhatələnmiş, hər 2 metrdən bir işarələr çəkilmişdir. Həmçinin həmin vəsaitin bir hissəsinin yerlərdə vətəndaşlara çatdırılması da gündəlik təmin olunur.
Mobil qruplar tərəfindən rayon ərazisindəki xidmət, ticarət obyektlərində karantin rejiminin qaydalarına (maska taxılması, sosial məsafə saxlanması, gigiyena qaydaları və s.) əməl olunması ilə əlaqədar gündəlik reydlər təşkil olunur, müvafiq tədbirlər görülür.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 117 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 41 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 16 nəfərinə xidmət göstərilmişdir.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.