Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə YAP Ucar rayon təşkilatının mükafatı uğrunda şahmat turnirinə start verildi

30 aprel 2014 | 15:00

29 aprel 2014-cü il tarixdən etibarən Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə Ucar rayon Şahmat məktəbində yeniyetmələr arasında rayon birinciliyi start götürdü.

Tədbir öncəsi Şahmat məktəbinin direktoru Rahib Rəsulov və Ucar rayonu İcra Hakimiyyəti başçısının müavini – ictimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva çıxış edərək rayonumuzun şahmat sahəsindəki uğurlarından bəhs etdilər və yarış iştirakçılarına uğurlar arzu etdilər.

Sonra beynəlxalq turnirin mükafatçıları, şahmatçılarımız Süsən və İradə çıxış edərək əldə etdikləri nailiyyətlərdən, qazanılan qələbələrdən danışdılar.

Tədbir açıq elan olundu və turnirin ilk oyunlarına start verildi, xatırladaq ki, turnir 05 may 2014-cü il tarixədək davam edəcək və sonda qalib gəlmiş şahmatçılar mükafatlandırılacaqdır.

Keçidlər