Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib
İyun ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.
Onlayn qəbulda çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2020-ci il tarixli Fərmanı ilə vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə yerlərdə də videoqəbulların təşkili və həyata keçirilməsini diqqətə çatdırıb.
Daha sonra Mənsur Məmmədov Qaradağlı, Alpout və Ənvər Məmmədxanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən müraciət etmiş vətəndaşları dinləmişdir.
Qaradağlı kəndindən 1 müraciət həyat yoldaşının işlə təmin edilməsinə, Alpout kəndindən 1 müraciət suvarma suyu ilə təmin olunmasına və Ənvər Məmmədxanlı kəndindən 1 müraciət kənd yolunda avtomobillər yüksək sürətlə hərəkət edir, yola sürətazaldıcı maneələrin qoyulmasına köməklik olunması ilə bağlı olmuşdur.
Onlayn qəbulda səslənən müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonda M.Məmmədov onlayn qaydada inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş, yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermiş və vətəndaşların onlayn qəbullarının keçirilməsinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.