Ucar rayonunda dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir
12 iyun 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binası və həyəti, Qida Təhlükəsizliyi Agentliyinin rayon şöbəsinin inzibati binası, həyəti və 3 avtomobili, “Görüş” restoranının həyəti, yardımçı binaları və xidmət kabinetləri, Neft-Qaz Boru İxrac Kəmərləri Mühafizəsi Baş İdarəsinin Ucar regional şöbəsinin inzibati binaları, həyəti, yataqxanası və 11 avtomobili, rayon ərazisindəki bankomatlar Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.
Rayonun kəndlərində 34 qeyri-yaşayış binasında, 66 ticarət və xidmət obyektində dezinfeksiya işləri aparılmışdır.
Aztəminatlı ailələrə və işsiz şəxslərə dövlət tərəfindən verilən vəsaitlərin “Kapital Bank”ın rayon şöbəsi və rayon Poçtamtı vasitəsilə verilməsi ilə əlaqədar olaraq həmin təşkilatlarda vətəndaşlar arasında sosial məsafə saxlanılması, gigiyenik qaydalara əməl olunması məqsədilə mobil qruplar və polis əməkdaşları tərəfindən müvafiq işlər aparılır.
Mobil qruplar tərəfindən rayon ərazisindəki xidmət, ticarət obyektlərində karantin rejiminin qaydalarına (maska taxılması, sosial məsafə saxlanması, gigiyena qaydaları və s.) əməl olunması ilə əlaqədar gündəlik reydlər təşkil olunur, müvafiq tədbirlər görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 112 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 42 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 11 nəfərinə xidmət göstərilmişdir.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.