“Səfəvilərin tarixi” mövzusunda Bilik olimpiadası
30 aprel 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində “Səfəvilərin tarixi” mövzusunda Bilik olimpiadası keçirildi.
Olimpiadada 15 məktəbdən 30 nəfər şagird iştirak etdi. İştirakçılara dərslik və əlavə ədəbiyyat üzrə tərtib olunmuş sual kitabçaları və cavab kartları paylandı və cavablandırmaq üçün 30 dəqiqə vaxt verildi.
Cavabların hesablanmasından sonra qaliblərin adı açıqlandı və I, II və III yerə layiq görülmüş iştirakçılara diplom və mükafatlar təqdim olundu.
Sonda ən çox suala cavab vermiş şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Məmmədli Səbinə Sahil qızı I yerə, II yerə 1 nömrəli məktəb-liseyin şagirdi Məmmədova Fidan Elsəvər qızı, III yerə isə Qazıqumlaq kənd 2 saylı tam orta məktəbin şagirdi Hacıyeva Zəhra Natiq qızı layiq görüldülər.