Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ucar rayonu MKS “Kitab və Gül” bayramı kecirildi

03 may 2014 | 15:00

02 may 2014-cü il tarixində Ucar rayon Oğuz küçəsi, Veteranlar parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Rayon Mərkəzi Kitabxanalar Sisteminin təşkilatçılığı ilə “Kitab və Gül” bayramı kecirildi. Tədbirə Tarix Diyarşünaslıq muzeyinin işçiləri, 1və 6 saylı uşaq bağçalaları, Gənclər Mərkəzi və şəhər məktəbləri dəvət olunmuşdur.

Bayramı giriş sözü ilə MKS-nin direktoru Bəsirə xanım Abbasova açdı. Sonra söz Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov cənablarına verildi. O,”Kitab və Gül”bayramı münasibətilə tədbir iştirakçılarını salamladı və Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar geniş çıxış etdi.

Daha sonra söz Mədəniyyət və Turizm şöbəsinin müdiri Alı Babayev cənablarına verildi.O, da tədbir haqqında öz ürək sözlərini söylədi və gələn qonaqlara minnətdarlığını bildirdi. Rayon Icra hakimiyyətinin başçısı Yaşar Məmmədov kitabxananın fəal oxucularını hədiyyələrlə təbrik etdi. Şəhər 1,2,3,5 saylı məktəbin şagirdləri bayrama aid şeirlər söylədilər. Rayon Musiqi məktəbinin şagirdləri mahnı sədaları ilə bayramı başa çatdırdılar.

Şəhər 2 saylı orta məktəbin 5 və 6-cı sinif şagirdləri “ Nəlbəki “, Ağ çiçəyim “ rəqsləri ilə çıxış etdilər.

Keçidlər